Sosial şəbəkələrdən istifadə edənlər diqqətli olsunlar - XƏBƏRDARLIQ! - İTK ÜZRƏ EKSPERT AÇIQLADI

"Feysbuk və digər sosial platformalarda dünən baş verən hadisə ilk belə hal deyil ki, baş verir. Sadəcə bu hadisələrin motivləri hər dəfə fərqli olur". Bu sözləri SİA-ya açıqlamasında İTK üzrə elspert Rəşad Cəfərov deyib.

Onun sözlərinə görə, qazanclarını, iş fəaliyyətlərini bu platformalar üzərində quran hər bir müəssisə, şəxs ziyan çəkdi: "Lakin biz daha qiymətli olan data haqqında da düşünməliyik. Fərdi məlumatlar daha qiymətli datadır. Bu cür hadisələr bir daha sübut edir ki, heç bir sosial platforma etibarlı deyil. Hər bir vətəndaş bu cür platformalarda fərdi məlumatlarını mümkün qədəri ilə az bölüşməlidir. Bu tip platformalarda qeydiyyatdan keçərkən hansı qeydiyyat şərtlərini qəbul etdiyimizi diqqətlə oxumalıyıq. Çox təəssüf ki, nə bankda kredit götürəndə müqavilə şərtlərini oxuyuruq, nə də platformalarda qeydiyyatdan keçərkən. Bu günə qədər baş verib, dünən də baş verdi, gələcəkdə də bu cür hadisələr baş verəcək. Sadəcə olaraq belə hadisələri risk kimi qiymətləndirmək lazımdır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə