Bayraktar: “F-35, F-16-lar tarixə çevriləcək...”

“... təyyarələri robotlar idarə edəcək”

“Azərbaycanda atama, böyük qardaşıma və mənə “Qarabağ” ordeninin təqdim edilməsi, azərbaycanlı türk qardaşlarımızın əməyimizi təqdir etməsi bizim üçün ən böyük qürurdur”.

SİA APA-nın yerli bürosunun xəbərinə istinad edərək, bunu Türkiyənin pilotsuz hava aparatlarının (İHA), silahlı pilotsuz hava aparatı (SİHA) və “Akıncı” pilotsuz hücum aparatı (TİHA) texnalogiyalarının müəllifi Selcuk Bayraktar CNN-Türkə müsahibəsində bəyan etdiyini bildirir.

Selçuk Bayraktar deyib ki, Türkiyənin ilk yerli və milli “Bayraktar TB2” hava texnologiyalarının Qarabağ savaşında qazandığı uğurlarda müharibə zamanı ordu ilə koordinasiyalı və sistemli əlaqənin qurulması, bu texnologiyalardan canlı döyüş meydanında düzgün istifadəsi də səbəb olub: “Bir mühəndis olaraq deyə bilərəm ki, bizim texnologiyaları idarə etmək o qədər də asan deyil. Dünyada bizim texnologiyaları ən yaxşı şəkildə istifadə edən kimdir, deyə soruşsalar, mən Türkiyə ordusu deyərdim. Türkiyə Silahlı Qüvvələrinin mütəmadi olaraq terrora qarşı apardığı mübarizəsinə havadan müdafiə sənayesi sahəsində bizim dəstəyimiz sayəsində bir əməkdaşlığımız yarandı və Türkiyə ordusu bu texnologiyalardan istifadədə böyük təcrübə qazandı. Ona görə də biz “Bayraktar TB2”-lərin savaş doktrinasını dəyişdirəcək bir gücə sahib olduğuna əmin idik və belə də oldu”.

Bayraktar hava texnologiya sahəsində qazandığı uğuru belə izah edib: “Bu gündən başlayaraq gələcəyin yarışmasına başlamaq, başqasını təlqin etməmək, özünə güvənmək və “biz ən yaxşısını edə bilərik” əzminə sahib olmaq! 2005-ci ildə “Minia” Türkiyənin ilk İHA-sı Türkiyə ordusuna təslim edildi. O zaman 6 kiloqram çəkisi olan bu qurğuda bir kompyüter sistemi vardı. Bu gün isə raketlərlə təchiz olunan “Akıncı” 6 min ton çəkidə və 100 belə kompüter sistemilə təmin olunub. Ağıllı texnologiya sistemləri o qədər sürətlə inkişaf edir ki, 100 ildə nail oluna bilinən texnologiyaya bu gün bir həftədə nail olunur. Ona görə də yenilənən texnologiyaları ardıcıl nəzarətdə saxlamaq vacibdir”.

Mütəxəssis 5-ci nəsil müharibə təyyarələrindən sonra, bütün havadan müdafiə sahəsində pilotların olmayacağını deyib: “F-35, F-16-lar yaxın gələcəkdə tarixə çevriləcək, havadan müdafiə sənayesində artıq pilotlar olmayacaq, robotla idarə edilən təyyarələrdən istifadə ediləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...