Almaniya və ABŞ alimləri viruslarla mübarizə üçün yeni yanaşma təklif ediblər

Almaniya və ABŞ alimləri viruslarla mübarizə üçün yeni yanaşma təklif ediblər.

SİA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə ədqiqatın nəticələri “Nature Materials” jurnalında dərc edilib.

Bildirilib ki, virusları tələyə salan və udan nanokapsulalar genetik material əsasında yaradılıb.

Müəlliflər inkişaf etdirdikləri metodun yeni “SARS-CoV-2”yə qarşı da effektli olacağına inanırlar.

Almaniyanın Münhen Texniki Universiteti, “Helmholtz” Mərkəzi və ABŞ-ın “Brendays” Universitetinin tədqiqatçıları virusları mexaniki şəkildə tutaraq zərərsizləşdirə bilən DNT-dən ibarət nanostrukturlar inkişaf etdiriblər.

Qeyd edək ki, 1962-ci ildə bioloq Donald Kaspar və biofizik Aaron Kluq virusların protein qabıqlarının qurulduğu həndəsi prinsipləri kəşf ediblər. Lakin o dövrdə elm adamları, bir virusun dəliklərindən keçəcəyi qədər böyüklükdə içi boş cisimlər yarada bilməzdilər.

Münhen Texniki Universitetinin biomolekulyar nanotexnologiya üzrə professoru Hendrik Dietzin rəhbərliyi altında çalışan işçi qrup isə bu xüsusiyyətlərə əsaslanaraq DNK-dan virus ölçüsündə öz-özünə yığılmış obyektlər yaratmaq üçün bir metod hazırlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...