Texnologiya sahəsində kiberinsidentlərin sayı 54 faiz artıb

2021-ci ilin birinci rübündə texnologiya sahəsində kiberinsidentlərin sayı 2020-ci ilin dördüncü rübü ilə müqayisədə 54 faiz artıb.

SİA xəbər verir ki, bu barədə ABŞ-ın antivirus proqram istehsalçısı "McAfee" şirkətinin məlumatında bildirilib.

Qeyd olunub ki, hesabat dövründə müxtəlif sahələr üzrə hədəf hücumları isə 28 faiz artıb. Birinci rüb ərzində tədris sahəsində hədəf hücumları 46 faiz, maliyyə və sığorta sahələridə isə 41 faiz artıb.

Şirkətdən bildiriblər ki, hesabat dövründə blokçeyndə əməliyyatların keçirildiyi "Coin Miner" kateqoriyasında hücumlarda 117 faizlik artım qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə