İngilis şahzadəsi hidrogenlə işləyən avtomobildə

İngilis vəliəhd Çarlz Uelsə səfəri zamanı Liandrindod Vells qəsəbəsində hidrogenlə işləyən avtomobil istehsalçısı Riversimpleyin “Rasa” modelini sınaqdan keçirib. Şahzadə Çarlz, elmi-fantastik film dizaynına sahib hidrogenlə işləyən iki nəfərlik elektrikli avtomobili test drive edib.

Şahzadənin qapısı yuxarıya doğru açılan maşından çıxdığı anlar maraqlı görüntülərə səbəb olub. Sözügedən avtomobilin su buxarından başqa bir şey yaymadığı da ifadə edilib. Yüngüllüyü, nazik təkərləri və yüksək rejenerativ əyləc xüsusiyyəti ilə fərqlənən avtomobil göz oxşayıb. Şahzadə Çarlzın da ətraf mühitçi olduğu və xüsusən bununla bağlı layihələrdə iştirak etdiyi bilinir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə