Roskosmos BKS-yə göndərəcəyi modulun buraxılış vaxtını dəyişdirdi

Roskosmos Beynəlxalq Kosmik Stansiyanın Rusiya seqmentinə birləşəcək “Nauka” modulunun buraxılış vaxtını dəyişdirdi. SİA Roskosmos-un veb-saytına istinadən xəbər verir ki, Uçuşların İdarə edilməsi üzrə Dövlət Komissiyasının qərarına uyğun olaraq, Baykonur kosmodromunun 200 nömrəli buraxılış meydançasından yeni “Nauka” laboratoriya modulu ilə Proton-M daşıyıcı raketinin buraxılışı 21 iyul 2021-ci il tarixində, Moskva vaxtı ilə 17: 58.21-də baş tutacaq.

Bundan əvvəl Roskosmos-un veb saytında fərqli bir vaxt göstərilirdi - 17:54.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə