Türkiyə elektrik avtomobillərini təqdim edəcək

Türkiyənin Avtomobil Təşkilatı (TOGG) tərəfindən istehsal ediləcək elektrikli avtomobillər dünya mətbuatında geniş yer alıb. Tesla və Volksvagen-ə rəqib olan Türkiyə firması çox uğurludur. Türkiyənin gücünü birləşdirərək iddialı bir hədəfə doğru irəlilədiyini qeyd edərək, Türkiyə istehsalı olan elektrikli SUV modelinin gələn ilin sonunda istehsala çıxacağını da təxmin edirik.

TOGG Top Menecer (CEO) Gürcan Karakaş, "Biz sadəcə maşın istehsal etmirik. Ağıllı bir cihaz edirik" şərhi də maraq doğurub. Karakaş "Evdəki smartfonlardan, ağıllı qəhvə maşınlarına qədər yalnız elektrik enerjisi ilə deyil, həm də tətbiqetmə yolu ilə digər komponentlərlə, rəqəmsal şəbəkəyə qoşula bilən bir avtomobilin prototipini qürurla təqdim edirik" deyib. O eyni zamanda texnoloji cəhətdən müasir bir məhsulla milli və beynəlxalq bazarı fəth etmək istədiklərini söyləyib.

Avtomobil layihəsində istehlakçıların tələb və gözləntilərinin böyük ölçüdə qarşılandığını xatırladan rəsmilər, TOGG-inin e-mobil bazarında inqilab vəd etdiyini və öz seqmentində əhəmiyyətli bir rəqib olaraq ortaya çıxacağını diqqət çəkib. Türkiyənin istehsal və layihələr üçün çox uyğun bir məkan olduğu qeyd edərək, ölkənin 1960-cı illərdən bəri avtomobil istehsalı təcrübəsinə malik olduğunu vurğulayıblar. Türkiyənin bir avtomobil ixracatı mərkəzi olduğunu, Türkiyədə istehsal olunan nəqliyyat vasitələrinin yüzdə 80-nin xaricə təslim edildiyini, Türkiyədə yaxşı təlim keçmiş və ixtisaslı kadrların olduğunu və işçi qüvvəsinin maliyyətlərinin aşağı olduğu bildiriblər.

Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin 2022-ci ilə qədər öz elektrikli avtomobilini istehsal edəcəyini dediyi açıqlamada, bir neçə gün əvvəl səsləndirdiyi, "Türkiyənin dünyada ən böyük 10 iqtisadiyyatından biri olma" arzusu xüsusi ilə diqqət çəkib.

Məlumatlara görə, Karakaşın Almaniya avtomobil nəhəngi "Bosch"-da 27 il çalışdığı və Türkiyəyə dönmədən əvvəl bu şirkətin topdansatış şöbəsinin müdiri olduğu bildirilib. Mercedes və Volksvagen modelləri üçün dizayn edən Murat Günakın da baş dizayner olaraq işə götürüldüyü qeyd edilib.

Karakaş “Mən mühəndisəm. Sıfırdan bir şey etmək həmişə mənim arzum idi”, deyib.

Komandanın yüksək həvəslə çalışdığını ifadə edən Karakaş, “Hər tərəfdən dəstək alırıq. Yalnız investorlardan deyil, dövlətdən və türk mətbuatından da dəstək alırıq" deyib.

İki il sonra Türkiyənin quruluş ildönümünün qeyd ediləcəyi də vurğulanıb. Məzh bu zaman Prezident Ərdoğan özünü gücünün zirvəsini göstərmək istəyir. Türkiyədə istehsal olunan elektrikli avtomobil bunun üçün yaxşı bir nümunə ola bilər. Türkiyədəki altı şirkətin ilk Türk elektrikli avtomobilini yaratamaq üçün güclərini birləşdirdikləri, 400 mühəndisin hazırda çalışdıqları və layihəyə 3,3 milyard avro investisiya qoymaq istədikləri də məlumdur.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə