“Lada”nın yeni bahalı modellərinin istehsalına başlanacaq

Qənaətcil sinifə aid azlitrajlı və kiçikhəcmli avtomobil istehsalı üzrə ixtisaslaşmış AvtoVAZ, 2023-cü ildən etibarən dəyəri 1 milyon rubldan yuxarı olan yeni yuxarı sinif “Lada” modellərinin istehsalına başlayacaq. “Konsern 5 il ərzində yeni Lada modellərini təqdim etməyi və onların köməyi ilə markanı daha yüksək bir qiymət seqmentinə gətirməyi planlaşdırır "- şirkətin prezidenti Nicolas Maure deyib.

"2023-cü ildən 2026-cı ilə qədər model çeşidini yeniləmə dövrünə girəcəyik. Lada yalnız istehlakçılar üçün kifayət qədər əlverişli bir marka deyil, həm də yuxarı qiymətlə istehlakçılara yaxşı performans göstərən bir marka olacaq"- o bildirib.

Şirkət rəhbəri, eyni zamanda AvtoVAZ-ın aşağı qiymət seqmenti modellərini də öz dəstində saxlayacağını bildirib.

O, şirkətin istehsal sahələrini dərindən modernləşdirdiyini söyləyib. "Bu, həm də Tolyatti və İjevskdəki istehsal zavodları üçün də keçərlidir, lakin bu, həm də mühəndislik bazamızın modernləşdirilməsinə aiddir"- Maure deyib.

İlin əvvəlində elan edilmiş planlara görə, AvtoVAZ 2024-cü ildə bazara çıxması lazım olan 4 yeni avtomobil modelini, o cümlədən 2024-cü ildə Niva SUV-un yeni nəslini çıxaracaqdır. Son illərdə Lada-nın yeni modellərinin (Vesta, X-Ray, Granta, Niva Travel, Largus və s) satışları həm Rusiyada, həm də digər ölkələrdə xeyli artıb.

Bu modellər ən müasir tələblərə cavab verməklə yanaşı, bazarda öz sinfindəki bütün rəqiblərindən sərfləli qiymətlərlə təklif olunur. Bu səbəbdən bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da Lada modellərinə üstünlük verənlərin sayı artır. Keçən il şirkət təkcə Rusiyada 345 minə yaxın avtomobil satıb.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə