"Boeing 737 MAX 10" sərnişin təyyarəsi ilk uçuşunu həyata keçirib

"Boeing 737 MAX 10” sərnişin təyyarəsi ilk uçuşunu həyata keçirib. Uçuş cümə günü Vaşinqtonun Sietl şəhəri yaxınlığındakı Renton hava limanından baş tutub.

SİA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Təyyarə 2023-cü ildə tam istifadəyə verilməzdən əvvəl geniş sınaqlardan keçəcək.

Təyyarə Renton hava limanından Vaşinqton ştatındakı Qrant dairə beynəlxalq hava limanına doğru hərəkət edib. Onun enişi cədvələ əsasən normal qaydada tamamlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə