Çində robotaksi kommersiya xidməti işə salınmaq üzrədir

Çinin internet-nəhəngi "Baidu" və dövlət avtomobil şirkəti "BAIC Group" ölkədə robotaksi kommersiya xidmətini işə salmağı planlaşdırır.

SİA-nın məlumatına görə, bu məqsədlə "Baidu" və "BAIC Group" üç il ərzində 1000 ədəd sürücüsüz idarə edilən avtomobil istehsal edəcəklər.

"Apollo Moon" adlanan yeni model "Baic"in elektrik avtmobili bazasında buraxılacaq, "Baidu" isə həmin robotaksinin proqram təminatını yaradacaq. Yeni modelin qiyməti 74 729 dollar təşkil edəcək.

"Baidu" şirkəti artıq Şanxay da daxil olmaqla Çinin bir sıra böyük şəhərlərində robot taksilərini sınaqdan keçirib. "Baic" ilə əməkdaşlıq bu növ xidmətlərin test mərhələsindən kütləvi formasına keçməyə imkan yarada bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə