ABŞ-da “Archer Aviation” şirkəti ilk elektrikli uçan taksi "Makeri" təqdim edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tanıtımda uçan taksinin simulyasiya görüntüləri paylaşılıb. İki nəfərlik təyyarə saatda 240 kilometr sürətlə uça biləcək.

Uçan taksi istehsalçısının məqsədi tıxacda 60 dəqiqəlik yolu 5 dəqiqəyə endirməkdir. 30 kilometrlik səyahətin qiyməti də 70 dollara başa gələcək.

Qeyd edək ki, hələ sınaq mərhələsində olan vasitənin 2024-cü ilə qədər Amerika Federal Aviasiya İdarəsindən sertifikat alacağı gözlənilir.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...