Koronavirus xəstələri üçün robot insanlar yaradılıb

Hong Kong mərkəzli "Hanson Robotics" şirkəti Covid-19 ilə mübarizədə yeni bir robot prototipini təqdim edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, pandemiya prosesi zamanı sağlamlıq personalı olaraq xidmət edəcək robotun adı Gracedir. Grace adlı bu robot səhiyyə işçilərinə bənzərliyi və sosial qarşılıqlı təsir qabiliyyəti ilə Covid-19 pandemiyasına qarşı mübarizə aparan səhiyyə işçilərinin yükünü azaltmaq məqsədi daşıyır.

Daha əvvəl Hong Kongda dünyanın ilk insanabənzər robotu Sofiyanı inkişaf etdirən "Hanson Robotics" şirkətinin istehsalı olan Grace adlanan robotun ölkədə yeni koronavirus növünə qarşı mübarizədə istifadə edilməsi planlaşdırılır.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...