Tətbiqetmələrə yeniliklər gəlir - SON DƏQİQƏ

“WhatsApp” və “Telegram” arasındakı soyuq müharibə davam edir. Hər iki platforma tətbiqetmələrinə bir-birindən ilhamlanan xüsusiyyətlər əlavə edərək istifadəçilərini itirməmək üçün çox səy göstərirlər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Facebook”a məxsus platformaya yeni çoxlu cihaz dəstəyi gələcəyi bildirilib.

“WhatsApp”da isə istifadəçiləri sevindirəcək yeni bir xüsusiyyət gündəmdədir. Mesajlaşma tətbiqi əlaqəli hesabların tezliklə, dörd cihazda istifadəyə veriləcəyini açıqlayıb. Platforma çoxlu cihaz dəstəyinin önümüzdəki aylarda ümumi beta versiyasına girəcəyini bildirib.

Nərmin Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə