Türkiyəli nazir işğaldan azad olunmuş ərazilərə səfər edəcək

Mayın 31-də Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Azərbaycana səfərə gələcək. SİA-nın əldə etdiyi məlumata görə, türkiyəli nazir səfər zamanı Füzuli rayonunda inşa edilən Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olacaq.

Səfərdə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin də iştirak edəcəyi gözlənilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən xəbərə görə, bu səfərin təşkili nəzərdə tutulur və səfər çərçivəsində A.Karaismailoğlu Horadizdə inşa edilən bəzi infrastruktur obyektlərində işlərin gedişatı ilə tanış olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə