Microsoft “Windows”dan imtina edib?

Microsoft, “Windows 10X” əməliyyat sistemini tamamilə rədd etdiyini açıqlayıb. SİA-nın verdiyi məlumata görə, şirkət “Windows 10X” inkişaf etdirmək əvəzinə, tamamilə Windows 10 üzərinə fokuslanacağını bildirib.

Yayımlanan Windows “10 21H1” yeniləməsi ilə bağlı açıqlamalar verən Microsoft, bu yeniləmə ilə bağlı izahlarında “Windows 10X”dən də bəhs edib. 10X əməliyyat sistemli, cüt ekranlı cihazların 2020-ci ildə “Asus”, “Dell”, “HP” və “Lenovo” kimi şirkətlərdən gələcəyi bildirilsə də, sonradan modellərin 2021-ci ilə qədər qaldığı bildirilib. Şirkət “Windows 10X” üçün hazırlanmış yeniliklərin gələcəkdə “Windows 10”a gətiriləcəyini də bildirib.

Qeyd edək ki, bununla birlikdə, dizayn, əsas xüsusiyyətlər və ya performans inkişafları kimi dəyişikliklərin “Windows 10”a gələcəyi bilinmir.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə