Rusiya Hərbi Dəniz Donanması "ələkeçməz və təhlükəli” atom sualtı gəmisini qəbul edib - FOTO

Rusiya Donanması 885M Yasen-M layihəsi çərçivəsində K-561 “Kazan” atom sualtı gəmisini qəbul edərək son dərəcə təhlükəli bir “ovçu"ya sahib oldu. SİA xəbər verir ki, bu haqda "Sevmaş"ın baş direktoru Mixail Budniçenko "Rossiyskaya Gazeta"ya açıqmasında bildirib.

"Bu, müxtəlif döyüş tapşırıqlarını yerinə yetirməyə qadir olan çox təhlükəli bir ovçudur. Gələcəkdə ölkənin Hərbi Dəniz Qüvvələrində bu cür gəmilərin bir deyil, bütöv bir seriyası olacaq"- o deyib.

Budniçenkoya görə, bu layihədə perspektivli həllər, xüsusən yeni bir kompozisiyadan səs-küy əmici rezin örtük istifadəsi tətbiq olunub, bu da sualtı qayığın suyun altında aşkar olunma səviyyəsini minimumadək azaldır.

“Bu, gələcəyə böyük bir addımdır. Bunlar XXI əsrin gəmiləridir. Hərbi Dəniz Qüvvələrinə qoşulduqdan sonra ən ələkeçməz və təhlükəli nüvə sualtı qayıqlarına çevriləcəklər”- deyə “Sevmaş”ın baş direktoru əlavə edib.

“Kazan” atom sualtı gəmisinin tikintisinə 4 il əvvəl başlanıb. Sualtı gəmi 47 milyard rubla başa gəlib.

885M "Yasen-M" layihəsi ümumilikdə 8 sualtı gəminin inşasını əhatə edir. Bu il bu layihə çərçivəsində K-573 "Novosibirsk" və K-571 "Krasnoyarsk" atom sualtı gəmiləri istifadəyə verililəcək və Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək. Bunlardan başqa, daha 5 sualtı gəmi inşa edilir və onlar da 2027-ci ilə qədər istismara verilməlidir.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə