Bu telefondan 8 ədəd buraxılıb

"Vertu" şirkəti yeni "Signature Cobra Limited Edition" mobil telefon modelini təqdim edib. Səkkiz ədəd tirajla buraxılacaq mobil telefonun hər birinin qiyməti 360 min dollar olacaq. Telefonun korpusu bədəni 439 yaqut daşından, gözləri zümrüddən ibarət olan ilan fiquru ilə bəzədilib. Telefon Fransanın "Boucheron" zərgərlik şirkətinin mütəxəssislərinin iştirakı ilə əllə yığılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə