"TikTok” süni intellektə üstünlük verərək, Böyük Britaniyada kontentin moderasiyası şöbəsinin yüzlərə əməkdaşını ixtisar edir. SİA xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. İxtisarlar əsasən Böyük Britaniyada yerləşən 2 500 nəfərlik komandaya təsir edəcək, eyni zamanda Cənubi və Cənub-Şərqi Asiyadakı əməkdaşlar da bundan yan keçməyəcəklər. İşdən çıxarılan əməkdaşların dəqiq sayı açıqlanmasa da, mənbələr bunun yüzlərlə olduğunu bildirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə