"TikTok” yüzlərlə əməkdaşını işdən çıxarır

26 Avqust 2025 06:21 (UTC+04:00)

"TikTok” süni intellektə üstünlük verərək, Böyük Britaniyada kontentin moderasiyası şöbəsinin yüzlərə əməkdaşını ixtisar edir. SİA xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. İxtisarlar əsasən Böyük Britaniyada yerləşən 2 500 nəfərlik komandaya təsir edəcək, eyni zamanda Cənubi və Cənub-Şərqi Asiyadakı əməkdaşlar da bundan yan keçməyəcəklər. İşdən çıxarılan əməkdaşların dəqiq sayı açıqlanmasa da, mənbələr bunun yüzlərlə olduğunu bildirirlər.