Mitsubishi Pajero prototipi Cənubi Koreyada görünüb...

Yeni avtomobil müasir dizaynı ilə avtomobil həvəskarlarını təəccübləndirəcək...

...Foto casuslar yeni nəsil Mitsubishi Pajero-nun prototipini çəkiblər.

SİA-nın məlumatına görə, çoxdan gözlənilən bu avtomobilin premyerası 2025-ci ildə baş tutacaq.

...Cənubi Koreyada kamuflyaj plyonka ilə örtülmüş Mitsubishi Pajero-nun prototipi görüntülənib. Bu fotolara və Mitsubishi avtomobil dizaynının ən son tendensiyalarına əsaslanaraq müstəqil dizayner Teotl modelin necə görünə biləcəyini göstərən renderlər hazırlayıb.

O, dizaynının əsasını Nissan Patrol götürdü və bu yaxınlarda təqdim edilmiş Mitsubishi Destinator-dan xüsusiyyətlər əlavə edib.

Pajero Outlander-in bazasında olarsa, o, 306 at gücünə malik hibrid sistem əldə edə bilər. Əgər o, Triton platformasında qurularsa, o, 204 at gücünə malik 2,4 litrlik dizel mühərriki alacaq və gələcəkdə elektrik variantı da peyda ola bilər. Carscoops xəbər verir ki, Pajero 320 at güclü V6 mühərriki ilə təchiz edilmiş Nissan Patrol-un əsasında hazırlana bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə