...Növbəti nəsil flaqmanlarda Samsung S26 və S26 Plus modellərindən imtina edəcək.
“Android Authority” şirkətin smartfonları üçün “One UI 8.0” qabığının sınaq versiyasının məlumatlarına istinadən xəbər verir.
SİA-nın məlumatına görə, 2021-ci ildən Samsung hər yeni Galaxy S seriyasını üç cihazla buraxır: əsas model, Plus və Ultra modelləri.
Onlara 2025-ci ildə Galaxy S25 Edge qoşulub. Bununla belə, növbəti nəsildə sıra dəyişə bilər – məlumatlara görə, baza modeli Galaxy S26 Pro-nun yeni versiyası ilə əvəz olunacaq, S26 Plus isə Edge versiyasının xeyrinə tərk ediləcək.
Bu dəyişiklik Samsung-un strategiyasında dəyişikliyi göstərə bilər - daha premium seqmentə diqqət...
Pro versiyası üçün adi modeldən imtina etmək daha yaxşı xüsusiyyətlər və ya sadəcə qiymət artımı demək ola bilər, lakin smartfonun yeni adı əsaslandırmaq üçün hansı yeni xüsusiyyətləri əldə edəcəyi hələ məlum deyil.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə