Tesla Samsung ilə 16,5 milyard dollarlıq çip müqaviləsi imzalayıb...
...ABŞ avtomobil istehsalçısı Tesla və Cənubi Koreyanın texnologiya nəhəngi Samsung Electronics çiplərin tədarükü üçün 16,5 milyard dollarlıq müqavilə imzalayıb.
Bu barədə Tesla-nın baş direktoru İlon Mask çiplərin Samsung-un Texas ştatının Taylor şəhərindəki yeni zavodunda istehsal ediləcəyini qeyd edib.
SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, bu sövdələşmə Samsungun pul itirən müqaviləli istehsal biznesi üçün sıçrayış ola bilər.
Maskın sözlərinə görə, zavod gecikmələrlə üzləşən layihəni əvəz edərək Teslanın yeni nəsil AI6 çiplərini istehsal edəcək. O, həmçinin əlavə edib ki, Tesla istehsal proseslərinin optimallaşdırılmasında iştirak edəcək.
...Tərəqqini sürətləndirmək üçün mən şəxsən istehsal xəttini gəzəcəyəm.
Bunu deyən Mask bildirib ki, 16,5 milyard dollar məbləği yalnız sövdələşmənin minimum həcmidir; faktiki tədarüklər əhəmiyyətli dərəcədə yüksək ola bilər.
Xəbərlərə görə, Samsung səhmləri keçən ilin sentyabrından bəri ən yüksək səviyyəsinə 6,8 faiz, Tesla səhmləri isə ABŞ-da premarket ticarətində 1,9 faiz artıb.
Samsung əvvəllər Teslanın avtopilot sistemi üçün AI4 çipləri istehsal edib. Yeni AI5 çipləri TSMC, AI6 isə Samsung tərəfindən, ehtimal ki, 2027-ci ildən istehsal ediləcək. Mütəxəssislər qeyd edirlər ki, sövdələşmə Samsung-a əhəmiyyətli dəstək olacaq, xüsusən də ikinci rüb üçün əməliyyat mənfəətinin proqnozlaşdırılan 56 faiz azalması və tökmə biznesində itkilərin 3,6 milyard dolları ötməsi fonunda...
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə