Çin şirkəti “ən şirin” insanabənzər robotunu təqdim edəcək...

Robot yoldaş və ya köməkçi kimi çıxış edəcək.

...Şanxayda yerləşən Fourier Robotics şirkəti avqustun 6-da rəsmi olaraq təqdim olunacaq yeni insanabənzər robotu GR-3-ü təqdim etməyə hazırlaşır.

Yeni robot evdə, təhsildə və ictimai yerlərdə, o cümlədən məktəblər və xəstəxanalarda istifadə üçün nəzərdə tutulub. SİA-nın məlumatına görə, bu barədə Interesting Engineering yazır.

GR-3, sələfləri GR-1 və GR-2-dən nəzərəçarpacaq dərəcədə yığcam olacaq - onun hündürlüyü, ilkin məlumatlara görə, təxminən 134 sm olacaq.

Robot daha yumşaq və daha mehriban dizayna malikdir və bu, artıq istifadəçilərin diqqətini cəlb edib: “Bu, mənim gördüyüm ən ifadəli və füsunkar robotdur”, - forumlarda öz fikirlərini bölüşürlər.

GR-3-ün əsas xüsusiyyəti istifadəçilərlə təbii dialoqa imkan verən süni intellekt dil modelinin inteqrasiyası olacaq. Bunun sayəsində robot yoldaş və ya köməkçi kimi çıxış edəcək. GR-3 rahatlığa, yığcamlığa və qarşılıqlı əlaqənin asanlığına diqqət yetirir. Onun süni intellekt və kompüter görmə sistemlərini inteqrasiya etmək qabiliyyətinə malik açıq API-yə sahib olacağı gözlənilir.

Əgər qiymət münasib olarsa, GR-3 ictimaiyyətə açıq olan ilk yeni nəsil sosial humanoid ola bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə