"Şükürlər olsun ki, hər şeyin öhdəsindən gəldim" - DÜNYA ÇEMPİONU AÇIQLADI
“Çimərlik güləşi 5 seriyadan ibarətdir. Ümumilikdə böyüklər arasında keçirilən yarışın 1-ci seriyası Türkiyədə, 2-ci seriya İspaniyada, 3-cü Fransada, 4-cü Yunanıstanda ən sonuncu isə Ruminyada təşkil olundu. Bütün seriyada əldə olunan xallar toplanır və sonunda xala uyğun olaraq qiymət verilir. Təbii ki, mənim də xalım belə toplanıldı və dünya çempionu adını qazandım”. Bu fikirləri SİA-ya açıqlamasında Ruminyanın Konstansa şəhərində çimərlik güləşi üzrə keçirilən Dünya seriyasında dünya çempionu olan güləşçi İbrahim Yusubov bildirib.
Dünya çempionun sözlərinə görə, o Türkiyədə keçirilən yarışlarda birinci yerə, İspaniyada ikinci, Fransada üçüncü, Yunanıstanda birinci, Ruminyada isə yəni sonuncu mərhələdə yenidən birinci yerə çıxıb: “Yarış çox yüksək səviyyədə təşkil olunmuşdur. Rəqiblər güclü idi. Lakin buna baxmayaraq bizim baş və köməkçi məşqçimiz sayəsində hər şeyin öhdəsindən gəldik. Çox əziyyətlərimiz oldu. Bugünkü günə şükürlər olsun. Birinci rəqibim macar güləşçisi, ikincisi isə yunan idi. Macarlı güləşçiyə ilk hissədə məğlub olsam da, finalda qalib gəldim. Bu yarışın əsas qanunlarından biri də odur ki, eyni ölkədən olan idmançı 2-3 dəfə çıxış edə bilər. Mənimdə yarım finalda görüşdüyüm rəqiblərimin əksəriyyəti gürcü idi. Mən şəxsi məşqçilərimə də xüsusi təşəkkürlərimi bildirirəm. Onların mənim üzərində əməkləri çoxdur. Cənab Prezident İlham Əliyevə də minnətdaram ki, həmişə biz idmançılara diqqət və qayğı göstərir. Ali Baş Komandanın qayğısını hiss edirik. Güləş Federasiyasının rəhbərliyinə və bütün işçilərə hər zaman yanımızda olduqları üçün təşəkkür edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB