“Herta” “Hamburq”u Bundesliqaya buraxmadı

Futbol üzrə Almaniya Bundesliqasında pley-aut mərhələsinin cavab qarşılaşması keçirilib.

SİA Matç.az-a istinadən xəbər verir ki, Bundesliqada 16-cı pillənı tutduğu üçün elitanı tərk etmək təhlükəsiylə üzləşən “Herta” ikinci Bundesliqada üçüncü olan “Hamburq”la qarşılaşıb.

Doğma meydanda baş tutan oyunda 0:1 hesabıyla uduzan “Herta” səfər matçından 2:0 hesablı qələbə ilə ayrılıb. Beləcə, “Herta” Bundesliqadakı yerini qoruyub. “Hamburq” isə qarşıdakı mövsümdə də ikinci Bundesliqada mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...