“Barselona” klubunun futbolçusu Luk de Yonq koronavirusa yoluxub. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Otuz bir yaşlı hücumçudan götürülən test nümunələrinin cavabları pozitiv olub. O, karantinə alınıb.
Futbolçu La Liqanın 30-cu turunda “Sevilya” ilə oyunu buraxacaq.
Qeyd edək ki, niderlandlı futbolçu bu mövsüm 15 matçda 5 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB