PSJ rəhbərliyi hələ də Kilian Mbappe ilə yayda başa çatacaq müqaviləni uzatmağa çalışır.
SİA-nın əldə etdiyi məlumata görə, bununla bağlı futbolçu ilə danışıqlar intensiv şəkildə aparılır, lakin qeyd olunur ki, fransalının müqaviləsini uzatması ehtimalı olduqca zəif görünür.
Klub prezidenti Nasser Əl-Xelayfi də bütün əlaqələrindən istifadə etsə də, Mbappeni razı sala bilməyib. K.Mbappenin imtina etdiyi təkliflərdən birində isə futbolçunun vergini ödədikdən sonra 45 milyon avro qazanmasının nəzərdə tutulduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB