Kapoeyraçılarımız Vətənə 14 medalla dönüb - FOTOLAR

Azərbaycan Kapoeyra Federasiyasının yığma komandası 14-16 yanvar tarixlərində Macarıstanın paytaxtı, Budapeşt şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edib. SİA-nın verdiyi məlumata görə, turnirə 16 nəfər idmançı ilə qatılan yığma komandamız 14 medal qazanaraq, ən çox medal qazanan komandalar içərisində 2-ci yerə layiq görülüb. Bundan əlavə yarışda 3 beynəlxalq hakim baş məşqçi Elgiz Əlizadə, Oxçu Şahmuradov və Zahid Rüstəmbəyov ölkəmizi təmsil edib. Uşaqlar arasında Fəxri Məmmədəlizadə, Pənahlı Cavidan və Rəhimzadə Şəms birinci yerə, Vəliyev Qabil, Rəsul Muradlı və Maksim Okolokulak, Məmmədli Əli ikinci yerə, Abdullayev Kənan, Məmmədzadə Cavadxan isə üçüncü yerə layiq görülüb.

Böyüklər arasında Fərid Allahverdiyev birinci yerə, Oxçu Şahmuradov, Xuraman Ramazanova ikinci yerə, Fərid Səlimov, Elsevər Heydərov üçüncü yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə