Məsud Özil "Fənərbaxça"lı oldu və Azərbaycana mesaj göndərdi - FOTOLAR - VİDEO

Dünyanın məşhur Türk futbolçusu Mesut Özil Türkiyənin en büyük futbol klubu "Fənərbaxça" ilə anlaşıb. Bu gün "Fənərbaxça" futbol klubu ilə rəsmi sözləşmə imzalayan Mesut Özil 3 il yarım komandanın formasını geyəcək. Almanyada, İspaniyada və İngiltərədə çox böyük futbol klublarında forma geyən Mesut Özil hələ balaca ikən "Fenerbahçe"li olduğu üçün və Türkiyənin ən böyük komandası olduğu üçün bu klubu seçdiyini söyləyib.

SİA xəbər verir ki, imzalanma mərasimində iştirak edən "Səs" qəzetinin İstanbul təmsilçisi, "Can Azerbaycan" Medya qurumunun təsisçisi Namık Kemal Yıldırım Azərbaycan xalqından salam gətirdiyini və Azərbaycanlı qardaşlarımızın onu Azərbaycanda görmək istədiklərini bildirib və bu barədə nə düşündüyünü ondan soruşub.

Mesut Özil ürəyinin hər zaman Azərbaycanlı qardaşlarımızla bərabər olduğunu, Qarabağ savaşı da daxil olmaqla hər zaman Azərbaycanı dəstəklədiyini ifadə edib və: "İnşallah, bir gün Azərbaycana gedərik, nədən olmasın", deyib.

Daha sonra söz alan "Fenerbahçe" futbol klubunun sahibi və Koç Holding-in İdarə Heyətinin üzvü Ali KOÇ isə: "Azərbaycanın hər zaman ən böyük dəstəkçisi olmuşuq, Azərbaycana salamlarımızı söyləyin, ən böyük arzumuz "Fenerbahçe" ilə Azərbaycana getmək və bir matç oynamaqdır", deyə dilə gətirib.

"Can Azerbaycan" Medyanın təsisçisi Namık Kemal Yıldırım da bu fikrə dəstək olaraq: "Sayın başkanım bu məsələ ilə bağlı üzərimizə düşən bütün imkanlardan istifadə edərək, inşallah, "Fenerbahçe" klubunun ən qısa zamanda Azərbaycandakı futbol komandalarından biri ilə oyununun baş tutması üçün görüşlərə başlayacağıq və bu barədə sizə məlumat verəcəyik", deyib və Ali Koçun da istəklərini Azərbaycanın aiddiyyatı qurumlarına çatdıracağını vurğulayıb.

Bütün dünyanın izlədiyi imzalanma mərasimində Mesut Özilə Azərbaycan bayrağı hədiyyə edilib və məşhur futbolçu üçrəngli bayrağımızın önündə şəkil çəkdirib.

Qeyd edək ki, mərasimdə dünyanın aparıcı media nümayəndələri də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...