"Sivasspor"un baş məşqçisi koronavirusa yoluxdu

"Qarabağ"ın UEFA Avropa Liqasının I qrupundakı rəqiblərindən Türkiyənin "Sivasspor" komandasının baş məşqçisi Rıza Çalımbay koronavirusa yoluxub.

SİA xəbər verir ki, bu barədə 57 yaşlı mütəxəssis rəsmi tvitter hesabında paylaşım edib. O, test nəticəsinin müsbət olduğunu bildirib.

Çalımbay bu səbəbdən karantinə alınıb.

Qeyd edək ki. "Sivasspor" V turda evdə İspaniya "Vilyarreal"ını qəbul edəcək. Qarşılaşma dekabrın 3-də Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. "Qarabağ" III və IV turda "Sivasspor"a müvafiq olaraq 0:2 və 2:3 hesabları ilə uduzub.

Daha əvvəl "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun da koronavirusa yoluxduğu və bu səbəbdən, V turun "Makkabi" (Təl, Əviv, İsrail) komandası ilə görüşü buraxacağı məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...