"Qarabağ"ın rəqibi "Atletiko" ilə heç-heçə edib, "Valensiya" uduzub

"Qarabağ"ın rəqibi "Atletiko" ilə heç-heçə edib, "Valensiya" uduzub

Futbol üzrə İspaniya La Liqasında 5-ci tura start verilib.

Matc.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

Turun açılış matçında “Valyadolid” “Eybar”la qarşılaşıb. Üç qolun qeydə alındığı bu matç qonaqların qələbəsiylə yekunlaşıb.

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Vilyarreal” 5-ci tur çərçivəsində “Atletiko” səfərinə yollanıb. Bu matçda qapılara qol vurulmayıb. “Elçe” – “Hueska” görüşü də qolsuz bitib. “Real Sosyedad” evdə “Xetafe”ni darmadağın edib. “Valensiya” isə doğma meydanda “Betis”ə uduzub.

İspaniya La Liqası

5-ci tur

3 oktyabr

Valyadolid – Eybar 1:2

Qol: Toni, 37 – Burqos, 29-pen. K.Rodriqes, 90.

Atletiko – Vilyarreal 0:0

Elçe – Hueska 0:0

Real Sosyedad – Xetafe 3:0

Qol: Oyarzabal, 28. Merino, 79. Portu, 81.

Valensiya – Betis 0:2

Qol: Kanales, 19. Telyo, 74.

4 oktyabr

14:00 Osasuna – Selta

16:00 Alaves – Atletik

18:00 Levante – Real

20:30 Kadis – Qranada

23:00 Barselona – Sevilya

Bütün xəbərlər Facebook səhifəmizdə