“Lill” 18 yaşlı türkiyəli futbolçunu transfer edib

“Lill” 18 yaşlı türkiyəli futbolçunu transfer edib

Türkiyənin "Qalatasaray" futbol klubu ilə müqavilə müddəti bitən Mustafa Kapı Fransanın "Lill" komandasına transfer olunub. SİA Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı türkiyəli yarımmüdafiəçi ilə uzunmüddətli sözləşmə imzalanıb. Bu keçid üçün "Lill"in "Qalatasaray"a 300 min avro yetişdirmə haqqı ödədiyi bildirilib. Qeyd edək ki, Türkiyə millisinin üzvləri Yusuf Yazıcı ilə Burak Yılmaz da "Lill"ə transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə