Avropa Stolüstü Tennis Birliyinin (ASTB) inkişaf proqramının bir hissəsi olan “Eurotalents U-13” layihəsi çərçivəsində təlim-məşq toplanışına start verilib. Toplanışa layihə çərçivəsində keçirilmiş seçim turlarında uğurla çıxış etmiş stolüstü tennisçilər qatılıblar.
SİA-nın məlumatına görə, fevralın 3-dən 8-dək Çexiyanın Ostrava şəhərində keçirilən təlim-məşqlərdə təmsilçimiz Adil Əhmədzadə məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə hazırlığını artırır. Təlim-məşqlərin sonuncu günündə iştirakçılar beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, ötən il ASTB-nin təşkilatçılığı ilə “ETTU Eurotalents” adlı istedadların axtarışı proqramının seçmə turunda gənc idmançımız A.Əhmədzadə uğurla mübarizə apararaq Avropanın 13 yaşadək istedadlı stolüstü tennisçiləri siyahısına salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB