Türkiyə kubokunda "Başakşəhər"in gözlənilməz məğlubiyyəti

Türkiyə kubokunda 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

SİA xəbər verir ki, ikinci görüşlər çərçivəsində bu gün ilk 2 matç baş tutub.

Superliqa təmsilçisi "Başakşəhər" TFF 2-ci liqa təmsilçisi "Kırklarelispor" önündə şok yaşayıb. Öz meydanında rəqibi ilə 1:1 hesablı heç-heçə edən elita klubu səfərdə qolsuz bərabərliyə imza ataraq kubokla vidalaşıb. Tarixi zəfər qazanan aşağı liqa təmsilçisi bunun sevincini saatlarla yaşayıb.

Günün digər oyununda "Fənərbaxça" "Kayserispor"u qəbul edib. Kayseridə Robert Prosineçkinin yetirmələri ilə qolsuz heç-heçə edən İstanbul nəhəngi doğma arenasında qələbə qazanaraq, "Kırklarelispor" kimi, adını 1/4 finala yazdırıb.

Mərhələnin digər oyunları çərşənbə və cümə axşşamı günləri keçiriləcək.

Türkiyə kuboku
1/8 final, cavab oyunları
21 yanvar

"Kırklarelispor" - "Başakşəhər" - 0:0
İlk oyun - 1:1

"Fənərbaxça" - "Kayserispor" - 2:0
Fərdi Kadıoğlu, 23; Mevlüt Erdinç, 45+1
İlk oyun - 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə