Badminton üzrə paytaxt birinciliyi başa çatıb

Bakıda 2010-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında badminton üzrə paytaxt birinciliyinə yekun vurulub. SİA-nın məlumatına görə, yarışda 32 oğlan və 16 qız iştirak edib.

Oğlanların şəxsi yarışında Anar Hüseynov, qızlarda isə Nəzrin Mehrəlizadə birinci olublar. Qoşa yarışlarda A.Hüseynov-Vüsal Məmmədli və N.Mehrəlizadə-Leyla Camalzadə tandemi rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qarışıq-qoşa yarışlarda A.Hüseynov-Zeynəb Mirzəli cütü qalib gəlib.

Mükafatçılar diplom, medal və hədiyyələrlə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə