Slovakiya millisinin üzvü "Napoli"də

Slovakiya millisinin üzvü "Napoli"də

"Napoli" heyətini yeni futbolçu ilə gücləndirib.

SİA klubun saytına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi "Selta"dan Stanislav Lobotkanı transfer edib. 25 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Slovakiya millisinin üzvü Avro-2020-nin seçmə mərhələsində yığmamıza 5:1 hesabıyla qalib gəldikləri oyunda komandasının ilk qolunu vurmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə