Millimiz dünya çempionatının elit raunduna vəsiqə qazanıblar

Millimiz dünya çempionatının elit raunduna vəsiqə qazanıblar

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının elit raunduna vəsiqəni təmin edib.

SİA-nın məlumatına görə, komandamız bu uğura çempionatın Bakıda təşkil olunan əsas mərhələsinin üçüncü qrupunda ardıcıl 2 qələbə qazanmaqla nail olub.

Millimiz Moldovaya 3:1, Monteneqroya isə 3:2 hesabı ilə qalib gəlib.

Amma oktyabrın 26-da Slovakiya ilə keçiriləcək sonuncu qarşılaşma əhəmiyyətini itirməyib. Qrup qalibi olmaq üçün futzalçılarımıza mütləq qələbə qazanmaq lazımdır. Çünki elit-raundda qrupun tərkibini müəyyənləşdirmək baxımından əsas mərhələni hansı pillədə başa vurmaq həlledici rol oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə