"Adidas"ın rəhbəri "Bavariya"nın prezidenti olacaq?

"Adidas"ın rəhbəri "Bavariya"nın prezidenti olacaq?

"Bavariya" klubunda prezident dəyişikliyi olacaq. "Bild" nəşrinin yazdığına görə, Münhen təmsilçisinin hazırkı prezidenti Uli Heness vəzifəsindən ayrılır. Onun bu ilin oktyabr ayındakı seçkidə namizəd olmayacağı bildirilib.
Artıq Henessi əvəzləyəcək şəxs də məlumdur. "Bavariya"nın növbəti prezidenti "Adidas" şirkətinin İdarə Heyətinin sədri, həmçinin hazırda klubun Nəzarət Şurasında yer alan Herbert Hayner olacaq.

Qeyd edək ki, U. Heness ilk dəfə 2009-cu ildə "Bavariya"nın prezidenti seçilib. 2014-cü ildə vergidən yayındığı üçün həbs olunan futbol funksioneri vəzifəsindən məcburi kənarlaşdırılmışdı. 2 il sonra isə yenidən prezident olmuşdu. Heness ümumilikdə isə 40 ildir Münhen klubunda çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə