İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, çempionatın ikinci günündə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.
Xalça üzərinə çıxacaq 4 güləşçimizin rəqibi müəyyənləşib. Belə ki, Əsgər Əlizadə (60 kq) rumıniyalı Manuel Stoika, Niyaz Ərzumanov (67 kq) Finlandiya idmançısı Coni Pekka Komppa, Ülvi Qənizadə (72 kq) Almaniya güləşçisi Erik Loser, Tarış Əbilov (97 kq) isə macar Aleks Gerqo Şoke ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB