Maqnus Karlsen: “Anandın məğlub olmasının səbəbi oyuna köklənə bilməməsi oldu”

Maqnus Karlsen: “Anandın məğlub olmasının səbəbi oyuna köklənə bilməməsi oldu”

Azərbaycanın tanınmış qrossmeysteri, mərum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” superturnirinin ikinci turunda hindistanlı Vişvanatan Ananda qalib gələn dünya çempionu Maqnus Karlsen (Norveç) rəqibinin mətbuat konfransını əsəbi halda yarımçıq tərk etməsinə münasibət bildirib. SİA-nın məlumatına görə, şahmatçı belə halları normal qarşıladığını bildirib: “Anand uduzduğuna görə məyus olmuşdu. Onu tənqid edə bilmərəm. Öncədən dedi ki, getmək istəyir və birinci sualı ona verəsiniz. Hər zaman Anandla oynamaq mənə maraqlı olub. Onunla oyuna ciddi hazırlaşıram. İndi qalib gəldiyimə görə sevinirəm. Düşünürəm ki, Anandın məğlub olmasının səbəbi oyuna köklənə bilməməsi oldu”.

Dünya çempionu hər zaman qatıldığı turnirlərdə qəlib gəlmədiyini, ancaq Şəmkirdə birincilik üçün yaxşı atmosferin olduğunu bildirib.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə