Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda birinci divizionda baş vermiş neqativ hallara hüquqi qiymət verilib. 12-ci turda keçirilən "Zaqatala" – MOİK görüşünün 30-cu dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alan qonaqların futbolçusu İsmayıl Muradov 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Qarşılaşmanın 33-cü dəqiqəsində MOİK-in digər oyunçusu Orxan Həsənov azarkeşləri təhqir etdiyi üçün 3 oyunluq cəza alıb, klubu isə 160 manat cərimə ödəyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB