Ernesto Valverde: "Komandam əla oynadı"

"Barselona"nın baş məşqçisi Ernesto Valverde "Villarreal" (2:0) üzərində qələbədən danışıb. SİA-nın məlumatına görə, çalışdırıcı oyunun çətin keçdiyini deyib: "Rəqibin müqavimət göstərəcəyini bilirdim. Komandam əla oynadı. Dembeleni xüsusi qeyd etmək istərdim. Bu matçda özünü yaxşı tərəfdən göstərdi. Güclü zərbəsi, əla driblinqi var. Mübarizədən çəkinmir. Dembeledən məhz bu cür oyun gözləyirdim. Ümid edirəm ki, növbəti matçlarda da bizi sevindirəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə