Ramin Musayev: “Premyer Liqanın səviyyəsinin artmasında KİV nümayəndələrinin də rolu var” - AÇIQLAMA
"Media nümayəndələrinə minnətdarlığımı bildirirəm, hər tədbirimizdə iştirak edirsiniz. Bəzən aramızda soyuqluq yaranır, lakin bu, mənim tərəfimdən olmur". SİA-nın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. Onun sözlərinə görə, Azərbaycan Premyer Liqasının səviyyəsi ildən-ilə artır: "Premyer Liqanın səviyyəsinin artmasında KİV nümayəndələrinin də rolu var. Tənqiddən nəticə çıxarmağı bacarmaq lazımdır. Əgər iş varsa, tənqid də, tərif də olacaq".
R.Musayev "Xəzər Lənkəran" və "Qarabağ" klubları arasında baş tutmuş oyunun 19 tur ərzində ən çox bəyəndiyi qarşılaşma olduğunu qeyd edib: "Bir sıra şəxslər zəng edərək "Xəzər Lənkəran"ın stadionunun gözəlliyini, azarkeşlərin dəstəyini, möhtəşəm oyunu canlı izləmələrinə şərait yaratdığımız üçün minnətdarlıqlarını bildirdilər. "Xəzər Lənkəran" klubu futbolumuzda inkişaf olmadığını deyənlərə bunun əksini sübut etdi. Hər iki kluba belə gözəl oyuna görə təşəkkür edirəm. Futbolumuzda ay yarımlıq fasilə yaranır, hamınızı qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edirəm, can sağlığı, uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB