"Yuventus"un prezidenti Ronaldoya hədiyyələr təqdim edib

"Yuventus"un prezidenti Ronaldoya hədiyyələr təqdim edib

İtaliya A Seriyasının 9-cu turunun “Cenoa” ilə oyununda (1:1) fərqlənərək, Avropanın top-5 liqasında 400 qol vuran ilk oyunçu kimi tarixə düşən “Yuventus”un hücumçusu Kriştiano Ronaldo mükafatlandırılıb. Turin təmsilçisinin rəsmi “Twitter” səhifəsində yer alan xəbərə görə, dünən “Kalyari” ilə çempionat oyunundan əvvəl portuqaliyalı superulduza klub rəhbərliyi tərəfindən üzərində 400 rəqəmi yazılmış forma hədiyyə olunub. 33 yaşlı futbolçuya mükafatı “qoca sinyora”nın prezidenti Andrea Anyelli təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə