Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir. SİA-nın məlumatına görə, üçüncü yarış günündən sonra Azərbaycan 1 qızıl və 1 bürünc medalla ölkələrin sıralamasında 22-ci pillədə qərarlaşıb. Azərbaycan millisi cüdoda qızıl, taekvondo yarışlarında isə bürünc medal əldə edib.
Rusiya millisi 13 qızıl, 2 gümüş və 1 bürünc medalla birinci pillədə yer alıb. Hesabında 7 qızıl, 1 gümüş və 1 bürünc medal olan Macarıstan ikinci pillədədir. İtaliya (2-4-6) üçüncü, Hindistan (2-3-0) dördüncü, Kolumbiya (2-2-2) isə beşincidir.
Ümumilikdə 52 ölkə “Buenos-Ayres-2018”də medalçılar sırasında yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB