Bu gün 2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib. Məlum olub ki, sözügedən turnir Almaniyada təşkil olunacaq. Bununla bağlı qərar UEFA-nın İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçirilən iclasından sonra verilib. Qərarı qurumun prezidenti Aleksandr Çeferin açıqlayıb.

Xatırladaq ki, Avro-2024-ə ev sahibliyi etməyə Türkiyə və Almaniya namizədliyini vermişdi.

Qeyd edək ki, Avro-2020-nin final mərhələsinin oyunları isə Bakı (Azərbaycan), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya), Brüssel (Belçika) və London (İngiltərə) şəhərlərində keçiriləcək. Bakı Olimpiya Stadionunda A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final matçlarından 1-i keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə