Qran-Pri turnirini Azərbaycan yığması medalsız başa vurdu

Qran-Pri turnirini Azərbaycan yığması medalsız başa vurdu
Cüdo üzrə beynəlxalq Qran-Pri turnirini Azərbaycan yığması medalsız başa vurub. SİA-nın məlumatına görə, Abu-Dabidə keçirilən yarışın son günü – bu gün 3 cüdoçumuz tatami üzərinə çıxıb. 90 kq çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov ilk görüşündə niderlanlı həmkarını məğlub edib. O, ikinci görüşdə Əlcəzair təmsilçisinə məğlub olub.
100 kq-da yarışan Mövlud Mirəliyev isə macar cüdoçuya qalib gəlib. Bu idmançımız da 2-ci görüşündə məğlub olub. O, rusiyalı rəqindən üstün ola bilməyib.
Son ümüdümüz - + 100 kq-də çıxış edən Emil Tahirov Litva cüdoçusuna ilk görüşdəcə məğlub olub.
Xatırladaq ki, dünən yarışda qadın cüdoçumuz Ramilə Yusubova 63 kq çəki dərəcəsində Avstriya təmsilçisi ilə qarşılaşıb və məğlub olub.
Digər təmsilçimiz Renat Mirzəyev (73 kq) isə ilk görüşdə Türkiyə idmançısını məlub etsə də, 2-ci qarşılaşmada niderlandlı cüdoçuya məğlub olub.
81 kq çəki dərəcəsində mübarizə aparan Elxan Rəcəbli ilk görüşdə polşalı rəqibini məğlub edib. 2-ci qarşılaşmasında idmançımız italiyalı cüdoçudan üstün olub.  Elxan Məmədov 2 qələbədən sonra ¼ finalda almaniyalı Mareş Svenə məğlub olub.
Yarışın birinci günündə də çıxış edən bütün idmançılarımız Qran-Prini medalsız başa vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə