Ayxan Abbasov: "Zirə"nin büdcəsində azalma olmayacaq

Ayxan Abbasov: "Zirə"nin büdcəsində azalma olmayacaq

Ayxan Abbasov yeni mövsümdən "Zirə"nin büdcəsinin azaldılacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Gənc mütəxəssis Qol.az-a açıqlamasında məlumatı təkzib edib. O bildirib ki, klubun büdcəsində heç bir azalma olmayacaq:

"Mən də bu barədə mətbuatdan oxudum. Amma onu deyim ki, belə bir şey yoxdur. Hansısa futbolçuların getməsi o demək deyil ki, büdcəni azaltmışıq, zəifləyəcəyik. Ola bilər, digər klublardan az olsun, ancaq həmişəki kimi özümüzə uyğun büdcəmiz var. Buna uyğun da transferlər edəcəyik. Yəni, büdcədə heç bir azalma yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə