Beynəlxalq İdman Atıcılıq Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. SİA xəbər verir ki, siyahıda “Neftçi İdman Klubu”nun yetirməsi Ruslan Lunyov da yer alıb.
Güllə atıcımız ötən ayla müqayisədə mövqeyini xeyli yaxşılaşdırıb. O, 25 metr məsafəyə atəşaçmada iki rəqibini qabaqlayaraq səkkizinci pilləyə yüksəlib. İdmançımızın aktivində 842 xal var.
R.Lunyov 10 metr məsafəyə atəşaçmada isə öz yerini qoruyub. Təmsilçimiz yenə də 93 xalla 29-cu sıradadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB