"Barselona"nın prezidentinə qarşı imza toplanılır

"Barselona"nın prezidentinə qarşı imza toplanılır

"Barselona"nın prezdenti Xosep Bartomeunun postundan kənarlaşdırılması üçün Aqusti Benedito tərəfindən imzatoplama kampaniyası davam edir. SİA-nın məlumatına görə, Bedenito "Barselona" - "Yuventus" (3:0) matçında əlavə 3.660 imza topladığını bildirib.

Oktyabrın 2-ə kimi Bartomeuya qarşı 16.750 səs toplanmalıdır. Hazırda bu göstərici 6.580 səsdir. Göstərilən vaxta kimi lazımi səs toplansa, klubda prezident dəyişikliyi də baş verə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə